Mərkəzi Bankın valyuta ehtiyatları 11,5 milyard dolları ötüb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.
Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon ABŞ dolları və ya 0,7% çoxdur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 555,4 milyon ABŞ dolları və ya 5,1% artıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.