Məktəbdə silahlı insident: 6 nəfər öldü, 17 nəfər yaralandı var
Filippinin cənub bölgəsində yerləşən təhsil müəssisələrinin birində qeydə alınan silahlı insident nəticəsində altı nəfər həyatını itirib.
Gundelik.az xəbər verir ki, məlumatı “Reuters” agentliyi Cənubi Kotabato əyalətinin qubernatoru Reynaldo Tamayoya istinadla yayıb.
Məlumata görə, hadisə zamanı daha on yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda zərərçəkənlərin səhhəti və silahlı hücumun başvermə səbəbləri ilə bağlı detallar araşdırılır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hadisə ilə əlaqədar bölgədəki məktəblərdə tətil elan edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.