Məhkəmə “Karaca Group”u cərimələdi
“Karaca Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən “Karaca” qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.
Gundelik.az “Teleqraf”a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.
MMC-yə məxsus “Karaca” qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.