Masallıda yanğında baba və azyaşlı nəvə ölüb
Masallı rayonunda baş verən yanğında baba və azyaşlı nəvə həyatını itirib.
Gundelik.az-ın məlumatına görə, hadisə rayonun Qızılağac kəndindəki fərdi yaşayış evində qeydə alınıb.
1967-ci il təvəllüdlü Camaləddin Həsnağa oğlu Abdullayev yanğın zamanı evdə olan 2024-cü il təvəllüdlü nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadəni xilas etmək üçün yanan evə girməyə cəhd edib. Lakin qatı tüstüdən zəhərlənərək huşunu itirib. Nəticədə həm baba, həm də nəvə yanaraq ölüblər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.