Lökbatanda yanğında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Dekabrın 5-də saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən Gundelik.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.