Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 5-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkənin bir sıra ərazilərində – Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dək qeydə alınıb.
Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.