Laçında daxili yolların layihələndirilməsinə başlanılır
Laçın şəhərinin daxili yollarının 2 mərhələ üzrə layihələndirməsinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Project Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müqaviləyə əsasən, MMC-yə 1 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Novruzov Yusif Əlinağı oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.