Küçədə qarət olundu: İki nəfər həbs edildi
Göyçay rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Gundelik.az-a bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıblar.
Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs qətimkan tədbiri seçilib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.