Kuba dövlət başçısı İlham Əliyevi təbrik edib
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Gundelik.az xəbər verir ki, mətndə deyilir:
“Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.