Konqoda Ebola virusundan ölənlərin sayı 447-ə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı son 24 saat ərzində 54 nəfər artaraq 1460-a çatıb.
Bu barədə Gundelik.az TASS-a istinadən xəbər verir.
Eboladan ölənlərin sayı isə əvvəlki günlə müqayisədə 9 nəfər artaraq 447-yə çatıb. Ölüm nisbəti 30,6%-dir.
Qeyd edək ki, ebola pandemiyası 15 mayda Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətidir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.