Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1300-ü keçib
Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 1307-ə çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ebola virusundan ölənlərin sayı 377-yə yüksəlib. Ölüm göstəricisi 28,8% təşkil edir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hazırda xəstəxana və tibbi izolyasiya mərkəzlərində 615 nəfər müalicə alır. 180 nəfər isə tam sağalaraq evə buraxılıb. Yoluxanlarla təmasda olan şəxslərin izlənilməsi göstəricisi 81,3%-ə çatıb.
Qeyd edək ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Virus Konqonun üç əyalətini əhatə edib. Uqandada isə indiyədək 20 yoluxma halı qeydə alınıb, onlardan iki nəfər ölüb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.