Konfliktin 32 günü – Dünya İqtisadiyyatı
Qlobal enerji böhranı: Hörmüz boğazından başlayan dalğa
Son dövrlərdə Yaxın Şərqdə baş verən gərginlik, xüsusilə Hörmüz boğazının bağlanması dünya enerji bazarında ciddi dalğalanmalara səbəb olub. Neft və qaz təchizatında yaranan çatışmazlıqlar, qiymətlərin kəskin artımı və qlobal iqtisadiyyata təsirlər bu mövzunu beynəlxalq gündəliyin əsas müzakirə predmetinə çevirib. Mövcud vəziyyəti daha dərindən təhlil etmək üçün Gundelik.az saytı iqtisadiyyatçı Samir Heydərov ilə həmsöhbət olub. Ekspert regionda baş verən hadisələrin enerji bazarına, maliyyə sisteminə və qlobal iqtisadi artıma təsirlərini ətraflı şərh edib. Hörmüz boğazının bağlanması dünya enerji bazarına necə təsir edib? Son bir ayda vəziyyətdə hansı dəyişikliklər baş verib? Regionda hərbi gərginlik enerji təchizatına necə təsir göstərir? Maye qaz bazarında vəziyyət necədir? Neft bazarında konkret rəqəmlərlə vəziyyət necə görünür? Bu artım davam edə bilərmi? Qlobal iqtisadiyyata təsirlər necə qiymətləndirilir? Maliyyə bazarlarında hansı dəyişikliklər müşahidə olunur? Bu proseslərin ərzaq təhlükəsizliyinə təsiri varmı? Son ümumi nəticə necədir?
– Xatırladım ki, martın 1-dən Hörmüz boğazı bloklanıb. Bu boğazdan konfliktə qədər gündəlik 20,8 milyon barel xam neft ixrac olunurdu ki, bu da dünya neft təklifinin təxminən 20 faizini təşkil edirdi. Eyni zamanda, qlobal maye qaz ticarətinin də 20 faizi bu marşrutdan keçirdi. Boğazın bağlanması bazarda ciddi təklif çatışmazlığı yaradıb.
– ABŞ müvəqqəti olaraq Rusiya və İran neftinə tətbiq olunan bəzi sanksiyaları təxirə salmaqla qiymətlərin kəskin artımının qarşısını almağa çalışıb. Bu qərar aprelin 11-dək qüvvədədir və martın 12-dən etibarən okeanda olan tankerlərə şamil olunur. Nəticədə, “Urals” markalı neftin qiyməti 100 dolları keçib.
– Mart ayında bir sıra hərbi hadisələr baş verdi. ABŞ İranın əsas ixrac nöqtəsi olan Xark adasına zərbə endirdi. İsrail Cənub Pars qaz yatağını bombaladı. Buna cavab olaraq İran Körfəz ölkələrinin enerji obyektlərinə hücumlar həyata keçirdi. Bu qarşılıqlı zərbələr enerji infrastrukturuna ciddi ziyan vuraraq təklifin azalmasına səbəb olub.
– Qətər enerji şirkəti bildirib ki, hücumlar nəticəsində maye qaz istehsalı ildə 12,8 milyon ton azala bilər ki, bu da qlobal bazarın təxminən 3 faizidir. Daha ciddi məqam isə Qətərin müharibə bitənə qədər istehsalı dayandırmaq qərarıdır. Bu isə dünya maye qaz istehsalının 18 faizinin itirilməsi deməkdir.
– Hazırda bazarda gündəlik təxminən 13,1 milyon barel həcmində neft çatışmazlığı var. ABŞ və Beynəlxalq Enerji Agentliyi ehtiyatlardan gündəlik 400 min barel neft buraxaraq vəziyyəti qismən sabitləşdirməyə çalışır. Buna baxmayaraq, neftin qiyməti fevralın 26-da 70 dollar olduğu halda, martın 23-də 120 dollara yüksəlib. Bu, 63 faizlik artım deməkdir.
– Əgər konflikt davam edərsə, qiymətlərin 150 dolları keçməsi realdır. Bu isə qlobal inflyasiyanın daha da artmasına gətirib çıxaracaq.
– Təchizat zəncirində qırılmalar və istehsalın azalması qlobal ÜDM artım tempini gözlənilən 3 faizdən aşağı sala bilər. Artıq aparıcı iqtisadiyyatlarda PMI göstəricilərinin 1–3 bənd azalması müşahidə olunur ki, bu da iqtisadi aktivliyin zəiflədiyini göstərir.
– Dolların indeksi mart ayında 3 faiz artıb. Bu, investorların qeyri-müəyyənlik şəraitində dollara “təhlükəsiz liman” kimi yanaşması ilə bağlıdır. Eyni zamanda, mərkəzi banklar inflyasiya risklərinə görə faiz dərəcələrini aşağı salmaqdan imtina edərək onları sabit saxlayıblar.
– Bəli, Hörmüz boğazı qlobal gübrə ticarətinin təxminən 30 faizinin keçdiyi əsas marşrutdur. Bu yolun bağlanması ərzaq istehsalına və qiymətlərə ciddi təsir göstərə bilər.
– Konfliktin uzanması qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır. Enerji qiymətlərinin artması, inflyasiya təzyiqləri, istehsalın zəifləməsi və təchizat problemləri nəticəsində heç bir ölkə bu proseslərdən kənarda qala bilməyəcək.Hörmüz boğazında yaranmış gərginlik artıq regional deyil, qlobal xarakter alıb. Enerji bazarında baş verən dəyişikliklər dünya iqtisadiyyatının bütün sahələrinə təsir göstərir və vəziyyətin inkişafı diqqətlə izlənilməlidir.