“Kapital Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Kapital Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gundelik.az bu barədə banka istinadən xəbər verir.

Belə ki, yığıncağın mayın 22-də saat 11:00-da Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku ToZer 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) keçiriləcəyi nəzərdə tutulur.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə bir məsələ – “Kapital Bank”ASC tərəfindən 2025-ci il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.