“Kapital Bank”ın səhmdarlarına dividendlər ödəniləcək
“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Gundelik.az xəbər verir ki, yığıncağın aprelin 17-də saat 11.00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) keçirilməsi nəzərdə tutulub.
Bankın səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
• “Kapital Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması;
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
• “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi;
• “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirə;
• Digər məsələlər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.