İstanbulda Türkiyə və Rusiya arasında danışıqlar başladı
İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr başlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.
“İstanbulda danışıqlar bağlı qapılar arxasında aparılır”, – mənbə bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə, görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.