İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.
Gundelik.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri dayandırılıb.
Daha əvvəl dağıntılar altında qalmış 14 nəfərdən 10-nun xilas edildiyi, 2 nəfərin həlak olduğu bildirilirdi.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, hadisə oktyabrın 8-i saat 05:40 radələrində Doğu küçəsində baş verib. Belə ki, qəza nəticəsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.