İrandan Azərbaycana gətirilən 1680 kq qənnadı məhsulunda kif aşkarlanıb
İrandan Azərbaycana gətirilən 1680 kq qənnadı məhsulunda kif və maya göbələkləri aşkarlanıb.
Bu barədə Gundelik.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Chinar Lunch Catering Service” MMC-nin İrandan gətirdiyi “Maryam Naderi Zarneh” şirkətinin istehsalı olan 1680 kq nuqa qənnadı məhsulundan nümunələr götürülüb. Laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.