İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Gundelik.az xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.