II Qaregin məhkəmə qarşısına çıxarılır
Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar.
Gundelik.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Ruhanilərə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq.
Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qada]a qoyulub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.