Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb
Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.
Gundelik.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.
Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.