Gürcüstan 78 əcnəbini deportasiya etdi
Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, Azərbaycan vətəndaşları da daxil olmaqla, 78 əcnəbini deportasiya ediblər.
Gundelik.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşları Gürcüstandan çıxarılıb.
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.