Günəşin “hədiyyəsi”- yay ləkələrinə son

Günəşin “hədiyyəsi”- yay ləkələrinə son

Günəşli havalar bizə enerji bəxş etsə də, dərimizə təsiri hər zaman müsbət olmur. Yay aylarında ultrabənövşəyi (UV) sualların təsiri ilə günəş ləkələri –  yəni hipermentasiya yaranır. Ləkələr xüsusi ilə üz, burun, alın, yanaqlarda özünü göstərir.

Qorunma yolları: 

* Günəş qoruyucu SPF 30+ krem istifadə edin.

* Geniş kənarlı papaq və eynək taxın.

* Təbii maskalarla dərinizə qulluq edin.

* Günəşin ən güclü saatlarında ( 11:00–16:00) çöldə qalmayın.

* Dəri ağardıcı kremlər ( vitamin C, niacinamide, нkojik turşusu)

* Kimyavi pillinqlər (həkim nəzarətində)

* Lazer terapiyası və mikrodermabraziya ?peşəkar  procedurlar)

Sizə köməklik məqsədilə aşağıdakı sadə reseptləri təyin edirik:

* Bir yemək qaşığı təbii qatıq

1/2 çay qaşığı zerdəçal tozu

TƏTBİQ:

Qarışığı ləkəli hissəyə çəkin, 15 dəqiqə saxlayıb yuyun.

* Bir çay qaşığı təzə sıxılmış limon suyu  və bir çay qaşığı təmiz bal

TƏTBİQ :

Qarışığı ləkəli nahiyəyə çəkin. 10- 15 dəqiqə saxlayın

İliq su ilə yuyun.

Dərinizə sevgi göstərmək sağlam və parlaq görünüş üçün ilk addımdır daha çox gözəllik məsləhətləri üçün bizi izləyin.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.