“Google” 206 milyon dollar cərimələndi

Rusiyada “Google” əvvəlki cərimələri ödəmədiyinə görə 16 milyard rubl (təxminən 206 milyon dollar) məbləğində cərimələnib. Gundelik.az xəbər verir ki, “Google”a qarşı qaldırılan məhkəmə iddiası paytaxt Moskvada dinlənilib. Məhkəmə, “Google”ın əvvəlki cərimələri ödəməməklə qanunu pozduğuna qərar verib və şirkəti 206 milyon dollar cərimələyib. Daha əvvəl “Google” qadağan olunmuş məzmunu silmədiyinə, rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığına və digər pozuntulara görə cərimələ...

“Google” 206 milyon dollar cərimələndi

Rusiyada “Google” əvvəlki cərimələri ödəmədiyinə görə 16 milyard rubl (təxminən 206 milyon dollar) məbləğində cərimələnib.

Gundelik.az xəbər verir ki, “Google”a qarşı qaldırılan məhkəmə iddiası paytaxt Moskvada dinlənilib.

Məhkəmə, “Google”ın əvvəlki cərimələri ödəməməklə qanunu pozduğuna qərar verib və şirkəti 206 milyon dollar cərimələyib.

Daha əvvəl “Google” qadağan olunmuş məzmunu silmədiyinə, rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığına və digər pozuntulara görə cərimələnib.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.