Gömrük ödənişlərinin qaytarılması yeni qayda ilə həyata keçiriləcək
Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.
Gundelik.az-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən üç il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.
Mövcud qanunvericilikdə həmin müddət bir ildir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həmçinin əlavə edək ki, 267.1 maddədə göstərilən hallar aşağıdakıladır:
– mallar qüsurlu olduqda;
– gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.