Gələn ildən əməkhaqlarından tutulan gəlir vergisi artırılır – MƏBLƏĞ
2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri dəyişəcək.
Gundelik.az Operativ Media-ya istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.
Dəyişikliklərə görə, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 5 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər.
Aylıq gəliri 2500 manatdan 8000 manatadək olan şəxslər üçün vergi 125 manat və 2500 manatdan çox olan məbləğin 10 faizi əsasında hesablanacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
8000 manatdan çox aylıq gəlir əldə edən şəxslər isə 675 manat və 8000 manatdan artıq olan məbləğin 14 faizi həcmində vergi ödəyəcəklər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.