Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO
Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.
Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.
O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.