DVX-nin Baş idarəsində 3 yeni təyinat: müavinlərin sayı artırıldı, 1 nəfər işdən çıxarıldı
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisinin müavinlərinin sayı artırılıb.
Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Belə ki, Baş idarənin Əməliyyat idarəsinin rəisi Qalib Quliyev vəzifəsindən azad olunaraq, Baş idarənin rəis müavini təyin edilib.
Bununla da Baş idarənin rəisinin müavinlərinin sayı 6-ya çatıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Əməliyyat idarəsinin rəisi vəzifəsinə isə Rövşən Bayramov təyin edilib.
Eyni zamanda, Uçot və statistika şöbəsinin rəisi Zöhrab Ömərov vəzifəsindən azad edilib, onun yerinə Fuad Muradov təyin edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.