Dövlətə 700 min manata yaxın vergi borcu olan MTK MMC-yə çevrilir
“Aviq” Mənzil-Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi formasını dəyişir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, MTK təşkilati-hüquqi formasını dəyişdirərək MMC-yə çevirilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi Əsgərov Əliyar Əsgər oğludur.
Qeyd edə ki, “Aviq” MTK-nın hazırda dövlətə 697 755 manat vergi borcu var.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.