Deputatlarımız İspaniyaya səfər edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, üzvləri Gülşən Paşayeva, Qaya Məmmədov və Zaur Şükürov
mayın 17-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər mayın 22-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Gundelik.az
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.