Çinin BYD şirkətinin xalis mənfəəti üçüncü rübdə 32,6% azalıb
Çinin aparıcı yeni enerji daşıyıcıları (NEV) istehsalçısı BYD şirkətinin 2025-ci ilin üçüncü rübündə xalis mənfəət və gəlirin azalması barədə məlumat verib.
Gundelik.az xəbər verir ki, şirkətin göstəriciləri bazar proqnozlarını da doğrultmayıb.
İyul-sentyabr aylarında BYD-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% azalaraq 7,82 milyard yuana (təxminən 1,1 milyard dollar) düşüb. Gəlir isə 3,1% azalaraq 195 milyard yuana enib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Visible Alpha”nın sorğusuna əsasən, analitiklər şirkətin xalis mənfəətinin 9,02 milyard yuan, gəlirin isə 215,3 milyard yuan olacağını proqnozlaşdırırdılar.
Hesabat dövründə BYD 1,11 milyon ədəd yeni enerji avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.