Ceyhun Bayramov Əlcəzairə getdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.
Gundelik.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.