Bu sığorta şirkəti təşkilati-hüquqi formasını dəyişir, səhmləri dövriyyədən çıxarılır
“Buta Sığorta və Təkrar Sığorta Brokeri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Məlumata görə, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” bundan sonra fəaliyyətini məhdud formada davam etdirəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Beləliklə, şirkət QSC-dən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edir.
Məlumatda vurğulanıb ki, bu qərara müvafiq olaraq, AZ1001021364 qeydiyyat nömrəli ümumi dəyəri 2 min manat, hər birinin nominal dəyəri 1 manat olan 2 min ədəd adi, adlı səhm dövriyyədən çıxarılır.
Qeyd edək ki, Buta Sığorta və Təkrar Sığorta Brokeri 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Miskərli Abas İlqar oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.