Bu prospektdə təmir işləri aparılacaq – Sürücülərin nəzərinə
Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 avqust saat 08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Gundelik.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
“Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.