Bu gün Naxçıvanın bəzi hissələrində işıq olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Gundelik.az xəbər verir ki, Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, sentyabrın 3-də saat 13:00-dan 14:00-dək 35 kilovoltluq “Xətai” elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar şəhərin Xətai, 48, 20, 21, 35, 52-ci məhəllələrdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.