Bu ayın bütün sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu barədə Gundelik.az-a Nazirlikdən məlumat verilib.
Bildirilir ki, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.