“Bərdə Aqrotexservis” ASC-yə yeni direktor seçiləcək
“Bərdə Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Gundelik.az xəbər verir ki, bu barədə ASC özü elan edib.
Məlumata görə, ümumi yığıncaq ASC-nin yerləşdiyi Bərdə şəhəri, Nizami küçəsi 1 ünvanında saat 11:00-da baş tutacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Ümumi yığıncağın gündəliyində əsas məsələ kimi səhmdar cəmiyyətə yeni direktorun seçilməsi durur.
Sözügedən ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 252 644 manat olan ASC-nin qanuni təmsilçisi İbişov Səfər Ənvər oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.