Bədəndə 7 kritik siqnal: Səssiz irəliləyir, bu əlamətlər xəstəlik göstəricisidir

Bədəndə 7 kritik siqnal: Səssiz irəliləyir, bu əlamətlər xəstəlik göstəricisidir

Davamlı halsızlıq, üşümə, çəki artımı və saç tökülməsi çox vaxt stress və yorğunluqla əlaqələndirilir. Lakin bu şikayətlərin arxasında qalxanabənzər vəzə təsir edən Haşimoto xəstəliyi də dayanır.

Haşimoto immun sisteminin qalxanabənzər vəzə qarşı reaksiyası nəticəsində yaranan autoimmun xəstəlikdir. Başlanğıcda heç bir ciddi əlamət vermədən irəliləyir. Zamanla qalxanabənzər vəz hormonlarının kifayət qədər istehsal olunmamasına səbəb olur.

Əsas 7 əlamət

Davamlı halsızlıq və yorğunluq

Tez-tez üşümə

Səbəbsiz çəki artımı

Dərinin quruması

Qəbizlik

Saç tökülməsi

Diqqət və konsentrasiya çətinliyi

Bu əlamətlər stress, yuxusuzluq və intensiv iş rejimi ilə də qarışdırılır. Lakin şikayətlər uzun müddət davam edir və gündəlik həyata təsir göstərirsə, həkim müayinəsi vacibdir.

Diaqnoz necə qoyulur?

Haşimoto diaqnozunda həkim müayinəsi və şikayətlərlə yanaşı qan analizlərindən də istifadə olunur. TSH və sərbəst T4 hormonları yoxlanılır, lazım gəldikdə qalxanabənzər vəzə qarşı anticisimlər də qiymətləndirilir.

Xəstəlik hər insanda eyni şəkildə inkişaf etmir. Müalicə qərarı hormon səviyyələri, analizlərin nəticələri və ümumi sağlamlıq vəziyyətinə əsasən verilir.

Uzunmüddətli halsızlıq, davamlı üşümə, səbəbsiz çəki dəyişiklikləri və saç tökülməsi kimi şikayətləri olan şəxslərə həkimə müraciət etmək tövsiyə olunur. Həkim məsləhəti olmadan pəhriz və qida əlavələrindən istifadə etmək isə tövsiyə edilmir.

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.