BDU-nun 1 saylı tədris korpusunda 25 milyon manatlıq əsaslı təmir işlərinə başlanılır
Bakı Dövlət Universitetinin (BDU) korpuslarından birində əsaslı təmiri işləri aparılacaq.
Bu barədə Gundelik.az ali təhsil müəssisəsindən məlumat əldə edib.
Məlumata görə, 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasında əsaslı təmiri işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
BDU bununla bağlı artıq tender də elan edib və təmir işlərini həyata keçirəcək şirkət axtarışındadır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, əsaslı təmir işlərinin 25 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.