Bayden təcili əməliyyat olundu
ABŞ-nin sabiq prezidenti Co Baydenin sözçüsü onun qısa müddət əvvəl dəri xərçəngi səbəbilə əməliyyat olunduğunu açıqlayıb
Gundelik.az xəbər verir ki, o, bu barədə “CBS News”a açıqlama verib.
Bildirilir ki, 82 yaşlı Bayden Mohs cərrahiyyəsi ilə müalicə edilib. Əməliyyatla bağlı əlavə detallara isə toxunulmayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Son günlər Baydenin başının sağ tərəfindəki yara izi diqqət çəkmişdi. Qeyd edək ki, 2023-cü ildə rutin tibbi müayinələr zamanı onun döş qəfəsindən xərçəngli törəmə götürülmüş, bu ilin may ayında isə sümüyə yayılmış aqressiv prostat xərçəngi diaqnozu qoyulmuşdu.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.