Balakənin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
Balakən şəhərinin su təchizatı yenidən qurulacaq.
Gundelik.az-ın məlumatına görə, görüləcək işlər çərçivəsində, həmçinin şəhərin kanalizasiya sisteminin də yenidən qurulması işləri aparılacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirmək mərhələsindədir.
Dövlət xidməti görüləcək işlərin 30,9 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.