Bakıda taksidən 9300 manatlıq qızıl oğurlandı
Bakıda avtomobildən külli miqdarda qızıl oğurlanıb.
Gundelik.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində taksi fəaliyyəti göstərən BYD markalı avtomobildən 9 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, T.Hacıyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin əyləşdiyi taksidə özündən əvvəlki müştərinin unutduğu qızılları oğurladığı məlum olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.