Bakıda məşhur restoran söküləcək – Qaz xəttinin üzərində tikilib
Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən “Xan Bağı” restoranı söküləcək.
Gundelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.
Bildirilir ki, “Xan Bağı” restoranın bir hissəsi “Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.
Məhkəmə “Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus “Xan bağı ” restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.
Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.