Bakıda güclü külək nəticəsində 6 ağac aşıb

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb. Gundelik.az-ın əldə etdiyi məlumata görə, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “Qaynar xətt”inə doqquz müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib. Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.

Bakıda güclü külək nəticəsində 6 ağac aşıb

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “Qaynar xətt”inə doqquz müraciət daxil olub.

Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.