Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı mənzilin mətbəxində mətbəx mebeli və məişət əşayaları yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.