Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə Gundelik.az-a səhmdar cəmiyyətindən bildirilib.
Belə ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək.
Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.