Bakı metrosundan istifadə edən sərnişlərin sayı azalıb
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 93,997 milyon nəfər olub.
Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,093 milyon nəfər və yaxud 1,1% azdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 faiz və 5,9 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobil nəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.