Bakı metrosu sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Gundelik.az səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.