Bakı metrosu Fransa şirkəti ilə 17 milyon manatlıq müqavilə bağladı
“Bakı Metropoliteni” QSC Fransanın dünyaca məşhur şirkəti ilə əməkdaşlığa başlayıb.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu, “Hitachi Rail GTS France SAS” şirkətidir.
Məlumata görə, “Bakı Metropoliteni” QSC sözügedən şirkətlə alqı-satqı müqaviləsi bağlayıb.
Müqavilədə metronun işarəvermə və rabitə xidməti üçün SK30K tipli ox sayğacı başlığların satınalınması nəzərdə tutulur. Alqı-satqı müqaviləsinin maliyyə dəyəri 17 milyon 233 min 125 manat müəyyənləşib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, “Hitachi Rail GTS France SAS” yerüstü nəqliyyat sistemləri, o cümlədən siqnalizasiya və magistral dəmir yolu şəbəkələri üçün texniki xidmət sahəsində ixtisaslaşmış şirkətdir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.