Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə Gundelik.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.