“Azərişığ”ın xalis mənfəəti 46%-dən çox azalıb
“Azərişıq” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Gundelik.az yurd.media-ya istinadən xəbər verir ki, şirkət ötən il 8,4 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 46,2% azdır.
Bu ilin “Azərişığ”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 6,6% çox – 3 860,8 milyon manat təşkil edib.
Səhmdar cəmiyyətinin öhdəlikləri 884,5 milyon manat (5,1% çox), balans kapitalı isə 2 976,3 milyon manat (7,1% çox), o cümlədən nizamnamə kapitalı 1 678,7 milyon manat (dəyişməyib) olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.